1. KASKO sığorta
2. İcbari sığorta
Şərtsiz azad olma məbləği – YNS hadisəsi zamanı CDW,TP və TPL sığortaları üzrə dəymiş zərərin bir hissəsini müştəri(icarəçi) tərəfindən ödəniləcək məbləğdir.
Məsələn bir neçə varianta nəzər salaq:
1. CollisionDamage Waiver (CDW), Theft Protection (TP), Third Party Liability Insurance (TPL) sığortaları üzrə hadisələrə əsasən,dəymiş zərərin cəmi 2000 AZN təşkil etdikdə şərtsiz azad olma məbləği isə 300 AZN təşkil edir. Müştəri(icarəçi) yalnız 300 AZN şərtsiz azad olma məbləğinə cavabdehlik daşıyır.Yerdə qalan hissəni,1700 AZN sığorta şirkəti tərəfindən ödənilir.
Diqqət! Bu qayda yalnız müştərinin göstərilən müqavilənin şərtlərini tam qorunub saxlayarsa,YNH yerinə sığorta əməkdaşları və DYP əməkdaşları cəlb edilərsə keçərlidir. Hər hansı bir digər şərtlərdə (qaçırma və qəsnən zərər vermə) zamanı icarədar cavabdehlik daşıyır.