Lazım olan sənədlər:
• Pasport və ya şəxsiyyət vəsiqəsi
• Sürücülük vəsiqəsi
• Xarici vətəndaşlar üçün - viza və ya immiqrasiya kartı, beynəlxalq sürücülük vəsiqəsi
• Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə
Yaş məhdudiyyəti və sürücülük təcrübəsi:
• minimum yaş - 24
• Sürücülük vəsiqəsinin stajı - 2 il
Müqavilə şərtləri və müqavilənin mövzusu:
İcarəçinin öhdəlikləri:
1.
Avtonəqliyyat vasitəsini təyinatına uyğun istifadə
edir və avtonəqliyyat vasitəsindən istifadəyə
görə bu müqavilə ilə müəyyən edilmiş məbləği vaxtında İcarəyə verənə ödəyir.
2.
İcarəçi avtonəqliyyat vasitəsini İcarəyə verəndən təhvil
aldıqda bu muqavilə ilə yanaşı tərtib olunmuş və muqavilənin ayrılmaz hissəsi
olan Təhvil təslim aktını (avtonəqliyyat
vasitəsini İcarəyə verəndən təhvil götürdüyünü təsdiq etmək üçün) imzalamalıdır.
3.
Avtonəqliyyat vasitəsi razılaşdırılmış müddətin
sonunda hər iki tərəfin birlikdə imzaladığı Təhvil təslim aktı əsasında geri təhvil veriləcək. Avtonəqliyyat
vasitəsinin geri təhvil tarixi Təhvil təslim
aktında qeyd olunan tarixdir. Aktın İcarəçi tərəfindən imzalanmaması və
ya hər hansı bir formada boyun qaçırması və ya tərtib olunmuş sənədlərdə hər
hansı bir formada İcarəyə verənin qəbul iradəsinin görünməməsi avtonəqliyyat
vasitəsinin geri qaytarılmaması kimi hüquqi nəticələr yaradacaq.
4.
İcarəçi geri təhvil verərkən avtonəqliyyat vasitəsi
Təhvil təslim aktına uyğun olmalıdır.
Avtonəqliyyat vasitəsində qüsur aşkar edilərsə, qüsurların aradan qaldırılması
xərcləri hesablanır və İcarəçi tərəfindən dərhal ödənilir.
5.
Avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu
müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyat vasitəsinə, onun hissə,
mexanizm və qurğularına vurulmuş ziyana
görə İcarəyə verən qarşısında qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam
maddi məsuliyyət daşıyır.
6.
Avtonəqliyyat vasitəsinin icarə müddəti bitdiyi gün
(və saat )İcarəyə verənə “Təhvil-Təslim aktı” na əsasən qaytarır.
7.
Avtonəqliyyat vasitəsi üçüncü şəxs tərəfindən idarə
olunacaqsa, İcarədar bu barədə dərhal İcarəyə verənə məlumat verməlidir və
qanuna uyğun yol vərəqəsi almalıdır.
8.
İcarəyə verəndən
Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsi tələb
olunur.
9.
İcarəyə verən”, “İcarəçi”-nin icarə müqaviləsinin şərtlərini
pozduğu halda və müqavilədə tələb olunan informasiyaların doğru olmadığını təsbit
etdiyi halda vaxtından əvvəl müqaviləni ləğv edə bilər və bu zaman «İcarəyə verən»-nin
müqaviləni ləğv etdiyi andan etibarən «İcarəçi» dərhal avtomobili geri
qaytarmalıdır.
AVTOMOBİLDƏN
İSTİFADƏ QAYDALARI
10.
“İcarəçi”
avtomobili istismara başlamazdan öncə, avtomobili idarə etmə şərtlər ilə tanış
olmalıdır.
11.
“İcarəçi”
avtomobili vicdanla və səliqəli idarə etməyə zəmanət verir. İstifadə müddəti o,
öz hesabına müstəqil şəkildə ənənəvi standart xidməti avtomobilin suyunu,
yağını, əyləc mayesinin normada olmasını nəzarətdə saxlamalı, istifadə
olunmadığı müddətdə avtomobil siqnalizasiyaya qoşulmalıdır.
12.
Yanacağa görə olan xərc tamamilə «İcarəçi»-nin öhdəsinə
düşür.
13.
İcarəçi» aşağıda göstərilən hallar üçün avtomobili
idarə etməyəcəyinə dair zamindir
•
Qadağan olunmuş təhlükəli mal və yüklərin
daşınması;
•
Mənfəət əldə etmək üçün sərnişinlərin daşınması
(Taksi fəaliyyəti);
•
Kənar şəxslərə idarə etməni öyrətmək (hətta
qarşılıqsız);
•
Digər avtomobillərin daşınması və buksirlənməsi
üçün;
•
Qəza və ya mexaniki nasazlıq zamanı;
14.
.« İcarəçi»-yə avtomobili dəyişmək, rəngini dəyişmək,
hansısa detalları çıxartmaq, yeni detallar əlavə etmək, üzərinə yazı yazdırmaq
qadağan edilir.
15.
.« İcarəçi» istifadə zamanı parkinq və qoyulan
bütün cərimələri öz hesabına ödəməlidir. Əgər bu xərcləri “İcarəyə verən» ödəmişsə,
«İcarəçi» gecikdirmədən xərclənən məbləği «İcarəyə verən»-ə kompensasiya etməlidir.
16.
İcarəçi» icarə müddəti ərzində avtomobilin saz
formada qalmasını öhdəliyinə götürür.
17.
«İcarəçi»zəmanət verirki, istifadə zamanı
avtomobili gündəlik nəzarətsiz qoymayacaq (qapı və pəncərələrin bağlı olması,
açarların avtomobilin üzərində və ya salonda qalmaması).
18.
«İcarəyə verən»-nin
xahişi ilə «İcarəçi» avtomobilin harda olması barədə məlumat verməyə borcludur.
XÜSUSİ ŞƏRTLƏR.
19. İcarəçi avtonəqliyyat
vasitələrini icarəyə götürmək üçün 24
yaş və yuxarı yaş həddinə və minimum 2 il B,C, qrupuna daxil olan sürücülük
vəsiqəsinə malik olmalıdır.
20.
Avtonəqliyyat vasitəsi İcarəyə verənin məlumatı və
ya razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxıla bilməz,
bu halda İcarəçi məsuliyyət daşıyır.
21.
İcarəçi tərəfindən yol təhlükəsizlik qaydalarının
pozulması daxil (İcarə verənnin təqsiri ilə bağlı olmayan) istənilən halda
müvafiq icra hakimiyyəti orqanları tərəfindən avtonəqliyyat vasitəsinin
saxlanması və ya tutulması müddəti icarəyə verilmiş vaxtın içində hesab olunur
və həmin vaxt bu Müqavilə ilə nəzərdə tutulmuş istifadə müddətindən çoxdursa,
İcarəçi onun dəyərini İcarə verənə ödəyir.
22.
İcarəçi tərəfindən spirtli içki, habelə narkotik
vasitələrin təsiri altında və ya icazə verilmiş sürət həddinin aşılması, İcarəçinin
qəsdən və ya kobud ehtiyyatsızlığı nəticəsində yol hərəkəti qaydalarını
pozduqda avtonəqliyyat vasitəsinin sıradan çıxması hallarında avtomobilin kasko
sığortası öz qüvvəsini itirir və avtomobilə dəyən ziyan icarəçi tərərindən ödənilir.
İcarəçi hər növ qəza vəziyyətində avtonəqliyyat vasitəsinin yerini dəyişmədən, ən
yaxın Yol Polis İdarəsinə müraciət edib, qəzanın təsdiqini və alkoqol test
arayışını almalı, həmçinin Sığorta şirkəti və “Premium Rent A Car” MMC – nin İcarəçiyə avtonəqliyyat vasitəsini
idarə etmək üçün verdiyi yol vərəqəsi üzərində qeyd olunmuş nömrələri ilə əlaqə
saxlamalıdır. Əks halda dəyən ziyanın ödənilməsi icarəçinin tam məsuliyyəti altına
düşür.
23.
Avtonəqliyyat vasitəsinin (İcarəçin səhvi olmadan )
mühərrik, transmisiya (arxa-qabaq körpü, ötürmələr qutusu), akumlyator və şinlərdə
olan nasazlıqlara görə icarəyə verən
cavabdehlik daşıyır, digər qüsurlara və İcarəçinin günahı ucbatından baş verən
nasazlıqlara görə icarəçi tam maddi məsuliyyətlə cavabdehdir. Müəyyən qəza hadisəsində və ya İcarəçinin səhvinə
görə avtonəqliyyat vasitəsinin şüşələrinə (ön, yan, arxa), ön işıq verən
faralara, arxa stop siqnallara, şinlərə və cızıqlara görə İcarəyəverənə dəymiş
ziyan İcarəçi tərəfindən ödənilir.
24.
İcarəçi avtonəqliyyat vasitəsini İcarəyə verənə Təhvil
təslim aktı əsasında geri qaytardırdan
sonra İcarəçinin səhlənkarlığı əsasında hər hansı radar və yol qayda
pozuntularına görə inzibati tənbeh meydana çıxarsa bu qayda pozuntularına görə
tərtib olunan cərimə və digər nümayəndəlik xərcləri İcarəçi tərəfindən ödənilməlidir.
25.
Sığorta müqaviləsində “Ümumi sığorta məbləği” növü
tətbiq edildiyi halda sığorta ödənişi verildikdən sonra belə sığorta təminatı
qismən sığorta kimi qiymətləndirilə bilməz.
26.
Avtonəqliyyat vasitəsi yolsuzluq şəraitində idarə
olunub hadisə baş verərsə sığorta öz qüvvəsin itirir və sığorta keçərsiz
sayılır və avtomobilə dəyən zərər icarəçi tərəindən ödənilir.
BİLDİRİŞ.
27. Avtonəqliyyat
vasitəsi Ov məqsədi ilə istifadə olunarsa və bu hal İcarəyə verən tərəfindən
aşkarlanarsa İcarəçi 5000 manat cərimə
olunacaq.
28. Avtomobili sərxoş halda idarə etmək; 1000 manat cərimə.
29. İdarə etməni digər şəxsə ötürmək; 300 manat cərimə.
30. Avtomobillə avtoxuliqanlıq etmək; 1500 manat cərimə.
31. İcarəçi “120 km/saat” sürət həddini aşarsa icarəçi avtomobilin
transmisiya(arxa-qabaq körpü, ötürücü qutusu, mühərrik) və digər mexaniki
hissə və mexanizmlərində dağılma və ya hər hansı bir növ qüsurlara görə tam məsuliyyət
daşıyır və yaranan bütün nasazlıqların bütün xərclərini ödəməlidir.