Elantranın göz oxşayan eksteryeri, avtomobilin sərt görünüşü və müasir cizgiləri sayəsində özünə əminlik hissi yaradır. 53%-dən çoxu çox güclü poladdan ibarət olan təkmilləşdirilmiş şassi möhkəmliyi daha yaxşı idarəetmə, dözümlülük və performans təmin edir. Bu, yeni tam yüksək texnologiya paketi ilə ərsəyə gətirilmiş dizayndır. Optimallaşdırılmış texnologiyalar ilə bu idman üslublu avtomobil stabilliyi və yanacağa qənaəti maksimuma çatdırmaq üçün ideal şəkildə dizayn edilmişdir.Sənayedə öndə gedən bu erqonomik texnologiya sürücünün üstünlük verdiyi oturma mövqeyini yadda saxlayır və düyməyə bir dəfə toxunduqda dərhal həmin mövqeyə keçir.