Sadəlik Cerato-nun cihazlar panelindəki dəbdəbənin əsas göstəricisidir. İdarəetmə haqqında informasiya cihazlar panelində və çıxıntı formalı mərkəzi monitorda təqdim olunur. Metal rəngli əlavələr salona idmansayağı eyni zamanda zərif görünüş bəxş edir, hamar xətlər hər iki tərəfdəki turbinə bənzər ventilyasiya dəliklərini birləşdirir.Cerato-nun görünüşü təkcə müasirlik və komfortdan ibarət deyil. Avtomobil həyatınızın hər bir anında sizə yardımçı olacaq funksiyalara malikdir. Avtomobilə rahatlıqla minib düşməkdən tutmuş barmaqlarınızın altında yerləşdirilmiş erqonomik düymələrə kimi Cerato ilə həyatdan tam zövq alacaqsınız.